Cəmiyyət

Həkimlər ilk dəfə “müvəqqəti ölüm” üsulunu sınadı

7 Dekabr 2019 19:05
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"New Scientist"in xəbərinə görə, amerikalı alimlər ilk dəfə bir xəstəni anabioz (müvəqqəti ölüm) vəziyyətinə salaraq, əməliyyat etməyi bacarıblar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan sınağın məqsədi, ağır yaralanma vəziyyətlərində cərrahi müdaxilə müddətini uzadaraq, xəstənin xilas edilməsi üçün vaxt qazanmaqdır.

Baltimordakı Merilend Universitetinin Tibb fakültəsinin alimi Samuel Tişerman, həmkarlarıyla birlikdə, bir xəstəni anabioz vəziyyətinə salmağı bacardıqlarını deyib.

Yeni üsul, məsələn, odlu silah və ya bıçaqla yaralanan və həyati təhlükəsi olan xəstələri canlandırma tədbirləri kompleksinə təcrübə xüsusiyyətində daxil edilib. Bu üsul ürəkləri dayanmış və ya qanlarının yarısından çoxunu itirmiş xəstələrə tətbiq olunur. Ağır yaralanma vəziyyətlərində həkimlərin müdaxilə etmək üçün sadəcə bir neçə dəqiqəlik çox qısa bir vaxtı var.

Yeni üsulda həkimlər cərrahi müdaxilə ilə kəskin qan itkisinin səbəbini tapmaq və aradan qaldırmaq üçün iki saat vaxt əldə edirlər. Qanın hamısının sıfır dərəcəyə qədər soyudulmuş izotonik məhlulları ilə əvəz edilməsi ilə orqanizm sürətlə 10-15 dərəcəyə qədər soyudulur. Bu vəziyyətdə beyin funksiyaları az qala tamamilə dayanan xəstə, soyutma sistemi ilə əlaqəsi kəsilərək əməliyyat masasına yatırılır. Əməliyyatdan sonra xəstənin bədən istiliyi yenidən artırılaraq, ürək yenidən işə salınır.

Araşdırma çərçivəsində, bu texnikanı istifadə edən on insanın müalicə nəticələri, oxşar vəziyyətdə olan, lakin ənənəvi üsullarla müdaxilə edilən eyni sayda insanın müalicə nəticələri ilə müqayisə ediləcək.

Tişerman və onun komandası tərəfindən aparılan təcrübə ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Təcrübə əsnasında, həyatı birbaşa təhdid altında olan xəstənin razılığına ehtiyac duyulmayacaq.

Sınaq nəticələrinin 2020-ci ilin sonuna qədər açıqlanacağı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.