Cəmiyyət

Beyninin yarısı götürülən insanlar normal həyatını davam etdirə bilir

7 Dekabr 2019 20:05
1 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Texnologiya İnstitutunun nevroloq alimləri əməliyyatla beyninin yarısı götürülən insanların normal həyatlarını davam etdirdiyini söyləyib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Science Alert" xəbər portalının Kaliforniya Texnologiya İnstitutunun nevrologiya mütəxəssislərinin araşdırmasına əsaslanaraq verdiyi xəbərə görə, alimlər uşaqlıqlarında ağır epilepsiya xəstəsi olan, normal dərmanlarla müalicə olunmayan və sağalmaları üçün beyinlərinin yarısı götürülən 6 xəstənin maqnit rezonans tomoqrafiyasını (MRT) çəkiblər.

Tədqiqatçılar daha sonra, xəstə şəxslərin MRT nəticələrini sağlam insanlara çəkilmiş olan tomoqrafiya nəticələri ilə müqayisə edib.

Tədqiqatın nəticələri, yarım kürəsi əskik olan insanlardakı beynin fəaliyyətinin, bütün beynin fəaliyyəti ilə böyük bir bənzərlik göstərdiyini göstərib.

Bunu sübut edən şey isə, tək yarım kürəsindəki neyron şəbəkələrinin arasındakı sabit bağlar olub. Sözügedən bağların tək yarım kürəsinin əskikliyini qismən kompensasiya etdiyi və xəstənin idrak qabiliyyətlərini dəstəklədiyi ortaya çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.