Cəmiyyət

Çinli alimin körpələrin DNT-sinə düzəliş verərkən mutasiyaya yol verdiyi ehtimal olunur

7 Dekabr 2019 22:05
0 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli alim He Tsyankuy körpələrin DNT-sinə düzəliş verərkən, onların genomlarında təsadüfən mutasiyayalara yol verə bilərdi. Bunu, onun "HİV-ə qarşı dayanıqlı olmaq üçün gen dəyişikliyindən sonra əkizlərin doğulması" adlı elmi işində göstərilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 2018-ci ilin noyabr ayında, bədəni HİV-ə qarşı dayanıqlı ola biləcək DNT ilə əkizlərin doğulduğu məlum olub. Bu, cəmiyyətdə qalmaqala səbəb olaraq həmkarları və Çin hakimiyyəti tərəfindən qınanmışdı. Məlumata əsasən, alim müstəqil olaraq Çin qanunlarını pozan təcrübələr aparıb. Tsyankuyun elmi işi nəşr olunmamışdır və araşdırmasına görə məsuliyyətə cəlb ediləcəyi bildirilir. Onun işini araşdıran mütəxəssislər, uşaqların DNT-nin dəyişdirilməsinin arzuolunmaz mutasiyalara səbəb ola biləcəyi qənaətinə gəliblər. Mütəxəssislər, Tsyankuyun fərqli embrion hüceyrələrini fərqli yollarla yenilədiyini hesab edir. Lakin bəzi hüceyrələr dəyişməz qala bilər. Bu o deməkdir ki, körpənin tam olaraq dəyişdirilmiş bütün hüceyrələri HİV-ə qarşı davamlı deyil. Bundan əlavə, alim bəzi hüceyrələri istəmədən də dəyişə bilərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.