Cəmiyyət

Canlı hüceyrələr kimi tam hərəkət edə bilən süni neyronlar

7 Dekabr 2019 19:25
0 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu elmin çoxdan gözlənilən uğurlarından biridir. Texnologiya hələ klinik istifadədən uzaq olsa da, gələcəkdə bir çox sahədə böyük irəliləyişlərə imkan verəcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həqiqi hüceyrələr kimi sinir sistemindən elektrik siqnallarına cavab verən neyronların inkişafı, həqiqi neyronların düzgün işləmədiyi və ya öldüyü (neyrodegenerasiya, onurğa beyninə ziyan və s.) şəraitdə müalicənin aparılmasına yeni imkanlar açır. Süni neyronların müəyyən funksiyaların icrasına başladıqda, zədələnmiş bioloji zəncirləri bərpa etmək mümkün olacaq. Alimlər bu işin çətin və çox vaxt aparacağını etiraf edir. Onlar birincisi, neyronların digər sinir hüceyrələrinin elektrik stimullarına (və ya siqnallarına) necə təsir etdiyini izah etmək üçün tənlikləri nəzərdən keçirərək modelləşdirmə aparmışdır. Bir siqnal iki dəfə gücləndirilirsə, bu, mütləq reaksiyanın ikiqat gücləndirilməsi demək deyil. Sonra alimlər süni neyronlarda olan bu "qeyri-xətti" elektrik fəaliyyətini idarə edə biləcək mürəkkəb riyazi modellər yaratmağa məcbur olub. Daha sonra komanda silikon mikroçiplər - bioloji ion kanallarını dəqiq şəkildə simulyasiya edən sintetik sxemlər hazırlayıb. Təcrübələr, süni neyronların bioloji həmkarlarının fəaliyyətini dəqiq şəkildə simulyasiya edərək geniş stimullara cavab verdiyini göstərmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.