Cəmiyyət

Nazirlik bələdiyyə sədrinə “məcburi göstəriş” verdi - FOTO

5 Dekabr 2019 19:10
1 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

ETSN-nin əmədaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib. Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.