Cəmiyyət

Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO

5 Dekabr 2019 20:00
Baxış: 2 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ilə Argentina arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Milli.Az xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Argentinanın Azərbaycandakı səfiri Sergio Perez Gunella ilə görüşündə bununla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfir Sergio Perez Gunella AZƏRTAC-ın dünyanın ən çox danışılan ikinci dili olan ispan dilində xəbər yaymasının təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, bu, ispandilli ölkələrdə Azərbaycan haqqında geniş məlumatın əldə edilməsinə və region dövlətlərinin agentlikləri ilə əlaqələrin dərinləşməsinə təkan verir. O, AZƏRTAC ilə Argentinanın TELAM milli xəbər agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, əlaqələrin daha da genişləndirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan ilə Latın Amerikası ölkələri, o cümlədən Argentina arasında əlaqələrin ildən-ilə genişləndiyini qeyd edib, xüsusilə informasiya mübadiləsi sahəsində əməkdaşlığın önəmini vurğulayıb.

Agentliyin beynəlxalq əlaqələri barədə məlumat verən İdarə Heyətinin sədri AZƏRTAC-ın ispan dilində xəbər yaymasının informasiya mübadiləsi üçün geniş imkanlar açdığını söyləyib. Qeyd edib ki, AZƏRTAC ilə TELAM arasında əməkdaşlıq Azərbaycan haqqında məlumatların böyük auditoriyaya, Argentina və digər ispandilli ölkələr barədə xəbərlərin isə Azərbaycan oxucularına çatdırılması baxımından mühüm önəmə malikdir.

Görüşdə AZƏRTAC ilə Argentina səfirliyinin gələcəkdə birgə layihələr həyata keçirməsi, müasir medianın inkişaf meyilləri ilə bağlı müzakirələr aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.