Cəmiyyət

Litva ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO

3 Dekabr 2019 23:36
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət naziri Əbülfəs Qarayev Litvanın ölkəmizə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Egidijus Navikasla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk öncə nazir qonağı yeni təyinatı ilə əlaqədar təbrik edərək, gələcək fəaliyyətində uğurlar diləyib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edən Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin "İslam Mədəniyyəti Paytaxtı" və Vilnüs şəhərinin "Avropa Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırladıb. Eyni zamanda, Litvanın ölkəmizdə mütəmadi olaraq təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluğunu dilə gətirib.

Bundan əlavə, Ə.Qarayev 2014-cü ildə Litva Respublikasına səfəri çərçivəsində mühüm görüşlər keçirdiyini və bunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini bildirib.

Səfir E.Navikas öz növbəsində Ə.Qarayevə təbriki və səmimi qəbuluna görə təşəkkür edərək, əməkdaşlığın inkişafı üçün çox gözəl perspektivlərin olduğu fikri ilə tam razı olduğunu bildirib. Litvanın ölkəmizdəki səfirliyi tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirən səfir, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğulayıb.

Görüşün sonunda nazir Ə.Qarayev Azərbaycan Respublikası Prezidentinin Litvayaa rəsmi səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.