Cəmiyyət

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir - FOTO

30 Noyabr 2019 17:35
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağac əkilməsi nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.