Cəmiyyət

Oktyabrda Azərbaycandan Türkiyəyə 60 mindən çox turist səfər edib

29 Noyabr 2019 21:04
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 61 543 turist səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,82 faiz azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,43 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 780 107 turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,9 faiz çoxdur.

Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,92 faiz təşkil edib.

Ümumilikdə, bu ilin oktyabr ayında Türkiyəyə 4,291 milyon turist səfər edib. Bu rəqəm ötən ilin oktyabr ilə müqayisədə 14,28 faiz çoxdur.

Oktyabr ayında Antalyaya 1,635 milyon, İstanbula isə 1,347 milyon turist səfər edib.

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyəyə ümumilikdə 40,719 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,28 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.