Cəmiyyət

Tələbə qızlara qəsd... - Professordan şok açıqlama

22 Noyabr 2019 14:09
9 Şərh     Baxış: 14 479

Tələbə qızların zəhərlənməsi və ölümünə göstərilən səbəblər müəmmalıdır. Çünki qida zəhərlənməsi üçün burundan qan gəlməsi və bir gün öncə qızdırmanın müşahidə edilməsi xarakterik deyil.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qalan üç tələbə qızın qidadan zəhərlənməsi və birinin dünyasını dəyişməsi hadisəsinin səbəbləri barədə danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, qızların zəhərlənməsi ilə bağlı bütün deyilənlər ehtimal ola bilər və buna görə ölüm səbəbi mütləq şəkildə araşdırılmalıdır:

"Tələbələrdə çox güman ki, qida toksik infeksiyası olub. Ancaq bu da təbii ki, əsas səbəb deyil. Son sözü məhkəmə tibbi ekspertizası deməlidir. 3 tələbənin zəhərlənməsi və birinin dünyasını dəyişməsi adi hal olmadığına görə mütləq şəkildə autopsiya olmalıdır.

Ümumiyyətlə qeyd edim ki, zəhərlənmə və ölüm hadisəsinə göstərilən səbəblər müəmmalıdır. Məhkəmə tibbi ekspertizası olmasa, ölümə səbəb müəyyən edilməyəcək. Burada qəsd də ola bilər. 3 cavan tələbənin zəhərlənməsinin araşdırılması buna görə mütləqdir. Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil. Ola bilər ki, boğulma olub. Bilirsiniz, tələbələrdə müşahidə edilən hallarla zəhərlənməyə səbəb kimi göstərilən hallar bir-birinə uyğun gəlmir".

Professor qeyd edib ki, əgər bir gün əvvəl tələbələr təcili yardım çağırıbsa və qızdırmaları olubsa, demək ki, problem özünü bir gün əvvəldən göstərib:

"Məsələn, elə toksiki maddələr olur ki, hemotoksin kimi, bu maddə damarlarda laxtalanmanı pozur və qanaxmalar olur. Bu zaman qan təzyiqi həddən artıq yüksək ola bilər və burundan, ağızdan qan gələ bilər. Ancaq bunun qızdırma ilə heç bir əlaqəsi yoxdur.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya getməli idilər. Ola bilərdi ki, xəstəxanada da ölüm baş versin. Çünki sondakı hadisələr çox sürətlə baş verib: bir gün öncə qızdırmanın olması, səhəri gün huşsuz vəziyyətdə və ağızdan qan gəlmiş şəkildə aşkar edilmələri, birinin dünyasını dəyişməsi... Qızdırma bir neçə gün davam edən haldır, insanı yatağa salır və günlərlə davam edərək ağırlaşa bilir. Onlarda bunların heç biri müşahidə edilməyib. Müəmmalı məsələlər çoxdur".

Professor qızların təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılmaması barədə səslənən iradlardan da danışıb:

"Qızlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, yəni anlaqlı formada buna etirazlarını bildiriblərsə, təcili yardımın onları məcburi şəkildə xəstəxanaya aparmaq ixtiyarı yoxdur. Onlar huşsuz vəziyyətdə olsaydı, bəli, hər üçü aparılmalı idi. Əgər onlar özləri xəstəxanaya getməkdən imtina ediblərsə, mütləq imtina vərəqinə qol çəkməli idilər. Yəqin ki, qol çəkərək getməkdən imtina ediblər".

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib. İlkin ehtimal kimi onların qidadan (konserv, suşi, kartof qızartması) zəhərləndiyi deyilib.

Qaldıqları yataqxanada huşsuz vəziyyətdə aşkarlanan qızlardan ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, tələbələrdən biri isə dünyasını dəyişib.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    king · 22 Noyabr 14:12181

    dehsetdi ee bu olkede hec bir seyi tapa biomirler

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Noyabr 15:03293

      Tapa bilirler eee qorxudan hec ne deye bilmirler.

      Cavab yaz
  • Anonim
    aea · 22 Noyabr 14:3352

    zəhərlənmə olanda qızdırma da olur...))) Ancaq deqiq biolinmir ki, nə zəhərlənməsidir, qida yoxsa narkotik.... Allah səbr versin

    Cavab yaz
  • Anonim
    . · 22 Noyabr 14:34130

    Hələ çox yazilib pozulacaq.Ortada bir həqiqət var ki bir nəfər rəhmətə gedib.ikisinin də vəziyyəti ağırdır

    Cavab yaz
    • Anonim
      Alsu · 22 Noyabr 15:05101

      Rehmete geden telebe qiza allah rehmet elesin, boyuk derddir valideyinleri, yaxinlari ucun. QALAN IKI QIZada allah sefa versin OZUNE GELENDEN SONRA BILINERKI bunlara ne olub ne yeyib ne iciber.

      Cavab yaz
  • Anonim
    asi · 22 Noyabr 15:06220

    Planetdən kənara çıxıb açıq kosmosda xəlbət bir söz desəm, inanıram ki, gəlib məni orada taparlar.. Amma guyammış ki, zəhırlənmənin mənbəyini tapa bilmirlər..Bu qızların 3-ü də eyni zəhərdən zəhərlənib və ikisi də hal-hazırda sağdı.. Onlardan qan analizləri və s alıb öyrənmək varkən ölünün yarılmasımı lazımdı??..Sağ qalanlar qalıb kənarda ölənin autopsiyası gərəkmiş.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 Noyabr 15:20215

      Öldümmm gülmekden Allah güldürsün ,ele canli danisa bilerlerde ne yeyibler bunlar muemma olaraq deyir belke kartofla xiyar tursusu yeyibler ..Özü de men axsam baxdim saq qalanlarin hec birinin valideyni deyil qohumu gelmisdi xestexanaya ne ise muemmali qaldi ki yani bu 2 qizin hec birinin ne atasi ne anasi yoxdu birinin bir kisidi qohumu birinin de bir qadin idi qohum

      Cavab yaz
  • Anonim
    QQ · 22 Noyabr 15:2150

    Bəlkə də yeni qrip virusudur ki ,hələ gedişatı elmə məlum deyil. Ancaq mən o biri səhifədəki xəbərdə verdiyim şərhdə də qeyd eləmişəm ki bu ,qəsdən törədilmiş cinayət , qəsdən zəhərlədilmək də ola bilər .Valideyinlər uşaqlarlnln başına gələn faciənin düzgün araşdırılması üçün məhkəmə - tibb ekspertizasını tələb etməlidirlər.Milli ,Az şərhimi verin xahiş edirəm..

    Cavab yaz
  • Anonim
    AA · 23 Noyabr 10:5700

    belke sican zad ne bilim hansisa heserat dishleyib qizlari ? oda ola biler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.