Cəmiyyət

Bakıda Nissan və Hyundai-a 5 nəqliyyat vasitəsi çırpılıb - FOTO

22 Noyabr 2019 08:08
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisində baş verib.

"Nissan" markalı minik avtomobili yüksək sürətlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Nissan"da olan iki sərnişin xəsarət alıb.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb.

Havanın yağmurlu olması səbəbindən görmə məhdudiyyəti yarandığından, eyni zamanda yüksək surət prospektdə hərəkət edən 5 avtomobilin qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılmasına səbəb olub.

Ümumilikdə 7 avtomobilə ciddi ziyan dəyib. Həmin ərazidə yenidən qəzanın baş verməməsi üçün hadisə yerində olan sürücülər yola çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinə əl işarələri ilə xəbərdar edərək, onların ehtiyatlı olmalarına çalışırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.