İdman

"Şaxtyor" - "Dinamo" oyunundakı irqçiliklə bağlı qərar verildi

21 Noyabr 2019 21:23
0 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Futbol Assosiasiyası Premyer Liqanın 14-cü turunun "Şaxtyor" - "Dinamo" matçında (1:0) baş vermiş irqçilik hadisəsi ilə bağlı qərarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Dinamo" biri şərti olmaqla iki oyunluq cəzalandırıb. Bundan başqa, Kiyev klubu 500 min qrivna (35 min manat) məbləğində cərimə olunub.

Xatırladaq ki, Xarkovdakı "Metallist" stadionunda keçirilən oyunun 74-cü dəqiqədə "Şaxtyor"un braziliyalı futbolçusu Tayson rəqib azarkeşlərinin irqçi şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub. Baş hakim bu hərəkətinə görə Taysona qırmızı vərəqə göstərib. O, isə meydanı göz yaşları ilə tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.