Cəmiyyət

Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda yeni gəmilər layihələndirir

21 Noyabr 2019 09:15
Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Odessa Dəniz Mühəndislik Bürosu "Bakı Gəmiqayırma Zavodu" MMC-nin tərsanəsində tikilən yeni gəmilərin birgə layihələndirilməsi ilə məşğul olur.

Milli.Az bildirir ki, bunu Trend-ə büronun baş direktoru Gennadi Yeqorov deyib.

O bildirib ki, "Bakı Gəmiqayırma Zavodu" MMC altı gəmi tikir:

"Hazırda RST12C layihəli 7875 ton tutumlu 4 tanker və CNF18C layihəli 2 dəmiryol-avtomobil-sərnişin bərəsi tikilir".

Baş direktor vurğulayıb ki, RST12C layihəli "Laçın" flaqman gəmisinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur:

"CNF18C layihəli "Azərbaycan" flaqman bərəsinin bu il, ikinci bərənin gələn il suya salınacağı gözlənilir".

Qeyd edək ki, Odessa Dəniz Mühəndislik Bürosu Azərbaycanda "Bakı Gəmiqayırma Zavodu" MMC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə birgə bir neçə iri layihə reallaşdırır. Büro, eyni zamanda Rusiyada kruiz gəmiləri, tanker, quru yük gəmiləri, Qazaxıstanda quru yük gəmiləri, qoşqular və Türkmənistanda tankerlərin tikintisi ilə məşğul olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.