Cəmiyyət

Bakıda yol qəzası törədərək avtomobilini aşıran sürücü hadisə yerindən uzaqlaşıb - FOTO

19 Noyabr 2019 07:35
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Moskva prospektində körpünün üzərində "Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan "Mercedes" markalı nəqqliyyat vasitəsinin sürücüsünün APA-ya verdiyi məlumata görə, "Hyundai" və "Kia" markalı avtomobillərin sürücüləri eyni istiqamətdə srət yarışına çıxıb.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.