Cəmiyyət

Azərbaycan Peşəkar Boks Federasiyası fəaliyyətini gücləndirir

18 Noyabr 2019 15:10
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Peşəkar Boks Federasiyası (APBF) fəaliyyətinin gücləndirilməsi istiqamətində işləri
davam etdirir. Belə ki, Federasiyanın İdarə Heyətinin yığıncağında rəhbər vəzifələrə yeni
təyinatlar təsdiqlənib.

Peşəkar Boks Federasiyasının 1-ci vitse-prezidenti Fərhad Acalov, xarici əlaqələr üzrə vitse-
prezidenti Ziya Əliyev, baş katibi isə Orxan Muxtarov təyin ediliblər.

Federasiyanın 1-ci vitse-prezidenti təyin edilən Fərhad Acalov 2000-ci ildə Azərbaycanın boks
üzrə ilk Dünya çempionu olub. Dünya çempionatının ən texnikalı boksçusu seçilən Fərhad Acalov
sonrakı illərdə "Baku Fight Lab" (əvvəlki adı ilə, "Rabitə Boks Klubu") boks klubunun icraçı
direktoru olub. Fərhad Acalov həmçinin Azərbaycanın əməkdar idman ustası və əməkdar
məşqçisidir. Onun rəhbərliyi altında klubun boksçuları ölkəmizi Dünya, Avropa və Olimpiya
miqyaslı yarışlarda təmsil edərək ən yüksək nəticələr əldə ediblər.

APBF-nin xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilən Ziya Əliyev isə bir neçə
Dünya və Olimpiya çempionu olmuş boksçuların meneceridir. Komitənin baş katibi təyin edilən
Orxan Muxtarov "Baku Fires" boks klubunda işləməyə başlamış, daha sonra Bakıda keçirilmiş
Avropa Oyunları və İslam Həmrəylik oyunları zamanı boks yarışlarının keçirilməsinə rəhbərlik
edib. Bu il Bakıda keçirilən Gənclər Olimpiya festivalının 5 idman növü üzrə rəhbəri olub.
Azərbaycan Peşəkar Boks Federasiyası ölkədə bu sahənin inkişafına cavabdehdir. Bir neçə ay
öncə Federasiyanın Prezidenti vəzifəsinə seçilən A.Həsənov bu sahənin inkişafı istiqamətində
müxtəlif işlərin həyata keçiriləcəyini bildirmişdir. Federasiyanın yaxın gələcəkdə WBA, WBC,
IBF, WBO və s. beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və
döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlığa başlaması nəzərdə
tutulub.

Azərbaycanda peşəkar boks döyüşlərinin təşkil edilməsi Federasiyanın əsas məqsədləri
sırasındadır. Federasiya Azərbaycanlı peşəkar boksçuların beynəlxalq səviyyədə tanıtımını və
onların arasından dünya səviyyəli ulduzların formalaşmasını hədəfləyir.

Peşəkar Boks Federasiyasının vəzifələrinə peşəkar boksçulara, menecerlərə, promouter və
promouter şirkətlərinə, həmçinin hakimlərə müvafiq lisenziyaların verilməsi də daxildir.
Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər
şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin
qaydalara uyğun aparılmasını təmin edən qurumdur.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.