Cəmiyyət

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

18 Noyabr 2019 13:16
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova deyib ki, qadın sahibkarların sayının artması əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılmasına səbəb olur:

"Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməlidir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarların istehsal etdiyi məhsulların ixracı daha da artırılmalıdır".

Komitə sədri əlavə edib ki, Azərbaycanın 8 rayonunda resurs mərkəzlərinin yaradılması nəticəsində 145 qadın şəxsi biznesini qurub.

H.Hüseynova vurğulayıb ki, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.