Cəmiyyət

Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

16 Noyabr 2019 18:00
0 Şərh     Baxış: 2 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Qeyd edək ki, noyabrın 15-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.