Cəmiyyət

İstilik problemi həll olundu - "Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16 Noyabr 2019 15:35
6 Şərh     Baxış: 2 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyi "Azəristiliktəchizat" ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O, bildirib: "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik".

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.