Cəmiyyət

Məktəblilərin payız tətili başladı

16 Noyabr 2019 01:30
2 Şərh     Baxış: 2 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başladı.

Milli.Az xəbər verir ki, 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-də isə dərs başlayacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.