Cəmiyyət

Bakıda çoxmərtəbəli evin dayanacağında aksiz markasız spirtli içkilər aşkarlanıb

15 Noyabr 2019 08:38
0 Şərh     Baxış: 675

Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumat əsasında Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən 17 mərtəbəli yaşayış binasının yeraltı dayanacağında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman yeraltı dayanacaqdakı iki otaqlı qarajda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan hər biri 1 litrlik olmaqla 268 ədəd "Moskovskaya", 7 ədəd "President", 10 ədəd "12 Ouzo" və 217 ədəd "Vodka Marya Morevna" markalı spirtli içkilər aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən şəxs təhqiqata cəlb edilib.

Hazırda isə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.