Cəmiyyət

Tərtər çayında təhlükəli döyüş sursatları aşkar olunub - FOTO

7 Noyabr 2019 07:55
0 Şərh     Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında partlayıcı qurğuya oxşar əşya tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Milli.Az-a verilən məlumata əsasən, by barədə məlumat Daxili İşlər Nazirliyinin Yevlax Xətt Polis Şöbəsindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.