Cəmiyyət

Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib - VİDEO

6 Noyabr 2019 14:03
Baxış: 2 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Firuzə Gülalıyeva həyat yoldaşı hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, F.Gülalıyeva İTV telekanalına müsahibəsi zamanı deyib ki, həyat yoldaşının müalicəsi Türkiyədə davam etdiriləcək:

"Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində, bizim istəyimizi nəzərə alınaraq Oqtay Gülalıyevin Türkiyədə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Xəstə bu gün artıq Türkiyəyə yola salınıb. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alıb Oqtay Güləliyevin Türkiyədə müalicəsinin davam etdirilməsinə və ona yardımçı olmasına dəstək oldu".

Qeyd edək ki, avtomobil qəzası nəticəsində başından ciddi xəsarət alan Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.