Cəmiyyət

Yola çıxan camış qəzaya səbəb oldu - FOTO

4 Noyabr 2019 00:45
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında qəfil magistral yola çıxan camış ağır qəzaya səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı "VAZ-2106"da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.