Cəmiyyət

Soyuq havalarda mühərriki qızdıran sürücülərə PİS XƏBƏR - Bunları ETMƏYİN - VİDEO

28 Oktyabr 2019 23:46
2 Şərh     Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər sürücülər avtomobili ilk işə salan zaman təxminən 15-20 dəqiqə mühərriki qızdırırlar.

Milli.Az ATV-yə istinadla xəbər verir ki, ustalar tövsiyə edir ki, maşın işə salınandan sonra 1-2 dəqiqə sonra avtomobili hərəkət etdirmək lazımdır. 

Əks halda bu, avtomobilin mühərrəkinə ziyan vura bilər. Benzin mühərriklərdə 1-2 dəqiqə, dizel mühərriklərdə isə 3-4 dəqiqə gözləmək bəs edir.

Çox işlədiyi zaman mühərrikin dövriyyəsi çox aşağı olduğundan qızma gec baş verir. Yağlanma da gec getdiyinə görə, bu avtomobilin mühərrikinə ziyandır. 

Ustalar avtomobilləri payız-qış aylarına uyğun şəkildə nizamlamağı da tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.