Cəmiyyət

Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq

28 Oktyabr 2019 08:19
1 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün şəhər ərazisində "BakıKart" ödəmə terminallarının sayı kifayət qədərdir:

"Həm metro stansiyalarında, həm də avtobus dayanacaqlarında bu cür terminallar quraşdırılacaq. Əgər biz deyiriksə, "BakıKart"ın əhatə dairəsi ilin sonuna kimi əhəmiyyətli dərəcədə genişləndiriləcək, bu halda terminalların sayı da artırılacaq. Amma ümumilikdə vətəndaşlarımızın kartın balansını rahat şəkildə artırması üçün İKT imkanlarından daha geniş istifadə ediləcək və "online" sistem işə salınacaq. Hazırda bununla bağlı zəruri olan texniki prosedurlar icra olunmaqdadır. Düşünürəm ki, gələn ilin birinci yarsında artıq bu da mümkün olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.