Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik günü münasibəti ilə konsert olub - FOTO

21 Oktyabr 2019 00:40
Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsert "Natiq" ritm qrupu və "Mirvari" rəqs qrupunun birgə təqdimatında "Qarabağ" kompozisiyası ilə başlayıb.

Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.

Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.

Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti EMİN çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub.

Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.