Cəmiyyət

Dünya ölkələrində qanunsuz aksiyaların qarşısı necə alınır? - ARAŞDIRMA - FOTO

19 Oktyabr 2019 11:50
Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az SİA-ya istinadən "Resurs" Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırovun yazısını təqdim edir.    

Dünyada baş verən qanunsuz aksiyaların qarşısı asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınır. İcazəsiz keçirilən mitinq və ya hər hansı bir kütləvi aksiyanın qanuna müvafiq qaydada qarşısının alınması praktikası bugünkü dünyanın, demək olar ki, adi gündəlik hadisəsidir.

Biz dünyanın ABŞ-dan, Avropadan, Rusiyadan Çinə qədər bütün inkişaf etmiş dövlətlərində hər hansı etiraz aksiyalarının keçirilməsinin qanunla müəyyən olunmuş yer və formalarının tənzimləndiyinin şahidi oluruq. Əks halda bu etiraz aksiyalarının qarşısı asayişi qorumalı olan müvafiq qurumlar tərəfindən qətiyyətlə alınır və nəzərdə tutulmuş hüquqi prosedurlara adekvat tədbirlər görülərək qanuni qiymət verilir.

Biz əvvəllər dünyada baş verən xüsusi inkişaf etmiş demokratik dövlətlərdə müşahidə olunan cəmiyyətin iş ahənginin normal istirahət və yaşayış ritmini, demokratik hüquqlarını pozan neqativ, destruktiv hadisələr, cəmiyyətdə baş verən qarşıdurmalar və asayişin pozulması terror aktları barədə çıxışlar etmişik və bugünki dünyanın reallığı olan - bir toplumun demokratik dəyərlərdən sui-istifadə edərək cəmiyyətdə qarışıqlıq və xaos yaratmaq cəhdlərinə münasibət bildirmişik. Təəssüf olsun ki hazırki dünyada və regionda baş verən katakilizmlər fonunda stabil inkişaf edən əmin-amanlığın hökm sürdüyü Azərbaycanda demokratiya və qanunların aliliyinə hörmət göstərməyən müəyyən qüvvələr cəmiyyətdə stabilliyin pozulmasına cəhdlər göstərirlər.

Əslində bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi belə cəhdlərin qarşısını almaq üçün müəyyən izahat xəbərdarlıq xarakterli işlər aparılır və baş vermiş hadisələrin isə qarşısı qanuna müvafiq qaydada alınır. Bu demək olar ki, dünyanın gündəlik praktikasıdır. Son dövrlərdə Avropada və ABŞ-da baş verən ixtişaşların və onun nəticələrinin xronologiyasına qısa nəzər salmaqla bunun əyani şahidi ola bilərik. Lakin belə hadisələrin vətəndaşlarımızın sabit əmin-amanlıq şəraitində yaşayışına maneçilik törətməsi arzuolunmaz və yoverilməzdir.

* * *

Almaniyanın Hemnitse şəhərində baş verən mitinq və aksiyada xəsarət alanlar olub.

Almaniya mətbuatının məlumatına görə, "Sağların" və "solların" qarşıdurması nəticəsində xeyli insan xəstəxanaya düşüb.

Aksiya və qarşıdurmaya səbəb 35 yaşlı bir alman gəncinin öldürülməsi olub. Hər iki mitinqdə üç min nəfər iştirak edib. Onlardan min nəfəri millətçilər olub. Onlar miqrantların ünvanlarına ağır sözlər deyiblər. Aksiya və mitinq iştirakçıları polislərə də daş-kəsək və butulka atıblar. Polislərdən də xəsarət alanlar olub.

Almaniya polisləri ictimai asayişi bərpa edə biliblər. Bundan əlavə, bir Suriya və bir İraq vətəndaşı saxlanılıb.

Vəziyyətin gərgin olduğunu bildirən şəhər rəhbərliyi bayramı təxirə salıb.
Aksiya və mitinqlə bağlı araşdırma aparılır.

* * *

Ötən gün Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb. AzEuroNews.com xəbər verir ki, radikal sağçıların gəlmələr əleyhinə təşkil etdikləri aksiyalara münasibət birmənalı deyil. Almna mediası olayları "Almaniya üçün utancverici 3 gün" olaraq dəyərləndirib.

Alman mediasının yazdığına görə, özlərini "Neo-nazist" qruplarının üzvləri kimi adlandıranlar iğtişaşlar zamanı polisə müqavimət göstəriblər. Nəticədə aksiyanı yatırmağa çalışan polis əməkdaşları müxtəlif bədən xəsarətləri alıblar.

Almaniya Xarici İşlər Naziri Hayko Mas Berlində irlandiyalı həmkarı Saymon Kouveni ilə söhbət zamanı kədərlə bildirib ki, qarşılıqlı hörmət və tolerantlıq əsasında diskurs yaratmağa hazır olmayan ayrı-ayrı şəxslər işləri korlaya bilərlər.

Nazir Martin Lüter Kinqin ABŞ-da vətəndaş hüquqları barəsində məşhur nitqindən sitat gətirərək qeyd edib ki, radikal əhval-ruhiyyəli elementlər tərəfindən təhrikçiliyə son qoyulması, hüquq bərabərliyi barəsində arzuların reallığa çevrilməsi üçün biz hələ çox iş görməliyik.

* * *

Keçən vaxtlarda Fransa başda olmaqla Hollandiya və Belçikada küçələrdə hadisələr baş verdi və etiraz aksiyaları keçirildi. Hollandiya və Belçikadakı "sarı jiletlilər"in aksiyaları bir qədər sönük keçsə də, Fransadakı nümayişlər xeyli fəal oldu. Fransada təhlükəsizlik qüvvələrinin 1700 nümayişçini nəzarət altına alması və qeyri-bərabər gücdən istifadə etməsi Fransanın gündəmində öz yerini tutdu. Ayrıca Fransadakı nümayişçilərin arasında PKK ilə əlaqəli qrupların və digər qrupların vandalizmə müraciət etməsi diqqət çəkdi. Fransa prezidenti Emmanuel Makronun xalqa müraciətilə Fransadakı gərginliyin səngidilməsi məqsəd götürüldü.

Fransadakı "sarı jiletlilər"in nümayişləri qarşısında fransız polisi qeyri-bərabər gücdən istifadə etdi. Bibər qazı və gözyaşardıcı qazdan istifadə edən təlükəsizlik qüvvələri Fransa küçələrinin hərb meydanına oxşar mənzərə ortaya qoymasına gətirib çıxardı. Fransız polisinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq nümayişçilər arasında bir çox insanın yaralanmasına səbəb oldu. Nümayişçilərin polislər tərəfindən saxlanılmaları zamanı sivil geyimli polis qüvvələrinin zorakılıq tətbiq edərək nəzarətə götürülənləri döydüyü müşahidə olundu. Fransız polisinin nümayişçilərdən bəzilərini birbaşa hədəf götürərək plastik güllə ilə vurması və nümayişçilərə qarşı fransız ordusunun zirəhli texnikadan istifadə edilməsi, qeyri-bərabər gücün ən əhəmiyyətli göstəricilərindən oldu.

Fransadakı nümayişlərdə fransız təhlükəsizlik qüvvələrinin qeyri-bərabər gücdən istifadəsi, insan haqlarına və demokratiyaya zidd mövqe ortaya qoyması qarşısında Qərb və xüsusilə Avropa mətbuatı Fransadakı hadisələrdə ortaya qoyulan qeyri-bərabər gücdən istifadəni gündəmə gətirmədi və manşetlərə çıxarmadı. Dünyanın başqa yerlərindəki nümayişçilərə qarşı tətbiq olunan polisin zorakılığını qınamaq və manşətlərə çıxarması ilə tanınmış müxtəlif bir sıra etibarlı media quruluşunun ikili standardını ortaya qoyan mövqeyilə Fransanı gözdən yayındırdığı diqqət çəkdi.

Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn "sarı jiletlilər" etiraz aksiyaları zamanı indiyədək ümumilikdə 8400 nəfər saxlanılıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, saxlanılan Fransa vətəndaşlarından 7500-ü həbs edilərək polis nəzarəti altında tutulurlar.

"Hökumət məhkəmənin qanunu pozmaqda günahkar bildiyi, yaxud sonradan biləcəyi "sarı jiletlilər"lə bağlı amnistiya elan etmək niyyətində deyil. Mənim mesajım budur: istənilən aqressiya təqib olunacaq və cəzalandırılacaq. Artıq məhkəmə mitinqlərdə saxlanılan 1800 nümayişçi barəsində hökm çıxarıb, daha 1500 nəfərin işinə isə baxılır" - Kristof Kastaner bəyan edib.

Fransa daxili işlər naziri onu da vurğulayıb ki, "sarı jiletlilər"in etirazları zamanı hüquq-mühafizə orqanlarının 1300 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, "sarı jiletlilər" hərəkatının ilk etiraz aksiyası ötən ilin 17 noyabrında başlayıb. 9 feralda isə onların sayca 13-cü aksiyası keçirilib

Fransada keçirilən aksiyada baş vermiş qarşıdurma zamanı 12 nəfər xəsarət alıb.

Zərər çəkənlərdən dördü nümayişçi, səkkizi polis əməkdaşıdır.

Aksiya zamanı 15 nəfər saxlanılıb.

* * *

Brüsseldə etiraz aksiyaları - 60 nəfər həbs olunub

Belçikanın paytaxtı Brüsseldə yanacaq qiymətlərinin artırılması, yaşayış xərclərinin çoxalmasi ilə sosial rifah səviyyəsinin düşməsi və vergilərə qarşı qeydə alınmamış "sarı gödəkçələr" etiraz aksiyasını dağıtmaq üçün polis nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qaz tətbiq edib.

Yüzlərlə etirazçı Brüsselin mərkəzi küçələrini bloklayaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Daha sonra Brüsselin mərkəzi vağzalına doğru irəliləyən nümayişçilər və maskalı gənclər qarşılarına çıxan obyektlərə ziyan vurmağa, vandal hərəkətlər etməyə başlayıblar.

Aksiyalar zamanı etirazçılar Belçika hökumətinin işindən şikayətlənərək baş nazir Şarl Mişelin istefasını tələb ediblər.

Etirazçılar, həmçinin bir sıra dövlətlərin Belçikadakı diplomatik nümayəndəliklərinin yerləşdiyi Rejan və Lua küçələrini birləşdirən kəsişməni də bloklayıblar. Turistlərin çox olduğu mərkəzi ərazidə - Kral sarayı meydanında və İncəsənət muzeyi ətrafında xüsusi polis dəstələri cəmləşdirilib, bir neçə metro stansiyasının fəaliyyəti dayandırılıb.

Aksiyanı dağıtmağa çalışan polislə nümayişçilər arasında baş verən toqquşmada 60 etirazçı həbs olunub.

Qeyd edək ki, Büsseldəki etirazlar Fransadakı taksi sürücülərinin "sarı gödəkçələr" aksiyalarının davamı kimi qiymətləndirilir

* * *

Amerikada Tramp əleyhinə aksiyada 150 nəfər saxlanılıb

ABŞ-ın Los-Anceles şəhərində polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb.

Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.
Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir. Bəzi şəhərlərdə aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.

Amerikada etiraz aksiyaları keçirilir

Missuri ştatının (əyalət) Ferqüsson şəhəri yenidən qarşıdurmalar meydanına çevrilib. Avqust ayında Maykl Braun adlı gənci qətlə yetirən polis əməkdaşının məhkəmədə bəraət alması şəhəri bir - birinə qatıb. İxtişaşlar zamanı 29 nəfər həbs olunub. Qərarla razılaşmayan etirazçılar küçələrə çıxıblar. Qəzəbli kütlə mağazaları qarət edərək, yandırıb. Əvvəlcə olaya fəal müdaxilə edən polis indi seyirçi mövqe tutmağa üstünlük verib. İğtişaşlarla bağlı artıq şəhərə ordu yeridilib. Etiraz iştrakçıları ən azı 12 binanı yandırıblar. Sent-luis polisinin məlumatına görə, hələlik 29 nəfər saxlanılıb. Qeyd edək ki, bir müddət əvvəl qara dərili gənci qətlə yetirməkdə ittiham edilən Darren Uilson, Braunun ailəsindən və ümumilikdə afroamerikalı vətəndaşlardan üzr istəmişdi. ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama isə məhkəmə qərarına hörmətlə yanaşmağa və qaradərili vətəndaşları zorakılıq törətməkdən çəkinməyə çağırıb. Missuri ştatının qubernatoru Cey Nikson 30 gün müddətinə fövqəladə vəziyyət elan edib. İğtişaşlar səbəbi ilə Ferqyuson şəhərində Sent Luis hava limanı da bağlanıb. Etirazlar artıq ölkənin digər şəhərlərinə də keçib. Məhkəmənin qərarına etiraz edənlər Nyu-Yorkda 3 körpünü bağlayıblar. "Taym skver" meydanında əllərində "Əllər yuxarı, atəş açma " kimi şüarlar tutmuş etirazçılar aksiya keçiriblər. Məlumata görə, Çikaqo, Baltimor, Sietl, Los - Anceles, Portlənd, Dallas, Luisvill də daxil olmaqla 90 şəhərdə etirazlar baş qaldırıb.

Amerikada Trampın miqrant siyasətiniə qarşı etiraz aksiyası

Son rəy sorğularının nəticələrinə görə, Amerikada əhalinin 60 faizi yeni prezidentin fəaliyyəti ilə razılaşmır.

ABŞ prezidenti Donald Tramp son vaxtlar yeni bir fərman imzalayaraq İran, Suriya, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarına Amerikaya səfər üçün 90 günlük qadağa tətbiq edib.

ABŞ prezidenti ötən il 27 yanvarda da oxşar fərman imzalamışdı ancaq Vaşiinqton ştatının Siatel şəhərinin Federal hakimi Ceyms Robart tərəfindən onun fərmanı ləğv olundu. Nyu-York şəhərində ABŞ prezidentinin anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyasında 25 nəfər polis tərəfindən həbs edilib.

Nyu-Yorkun Manhatten ərazisində Tramp qülləsi qarşısında keçirilən bu aksiyada Trampın irqçi və anti-miqrant siyasətlərinə qarşı şuarlar səsləndirilib. Aksiyaçılarla polis qüvvələri arasında qarşıdurma baş verib.

Trampın əvvəlki və indiki fərmanları dünya miqyasında etirazlara səbəb olub və bir çox ölkələr Amerika prezidentinin qərarlarının beynəlxalq qanunlara zidd olduğunu, ayrı-seçkiliyə yol açdığını bildirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.