Cəmiyyət

Müavinətin alınması üçün vətəndaşların nazirliyə müraciət etməsinə ehtiyac olmayacaq

14 Oktyabr 2019 12:43
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin sonuna qədər vətəndaşlara 19 növ müavinətlə bağlı proaktiv xidmətin təqdim edilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Proaktiv xidmətin mahiyyətini açıqlayan nazirin sözlərinə görə, bu xidmətlərin tətbiqi zamanı vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin də daxil olmasına ehtiyac olmur:

"Vətəndaşların müavinət almaq hüququ dövlət tərəfindən tanınaraq təmin olunur. Bura həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır".

S.Babayev qeyd edib ki, bu ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatının tam şəkildə proaktiv xidmətlərə keçirməyi nəzərdə tutulur. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.