Cəmiyyət

Coğrafiya İnstitutu: Oktyabrın ilk ongünlüyünün havası...

14 Oktyabr 2019 07:55
0 Şərh     Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün bir o qədər də xarakterik deyil.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta sutkalıq temperaturu çoxillik iqlim normasından 1 dərəcəyədək yüksəkdir. Hazırda Bakı və Abşeron yarımadasında gündüz saatlarında 23-24 dərəcə isti müşahidə edilir. Lakin normal halda bu temperatur 19-21 dərəcə olmalı idi.

M.Həsənov qeyd edib ki, temperaturun normadan yüksək olması bütün ölkə ərazisində müşahidə edilsə də, bu, özünü daha çox Mərkəzi Aran rayonlarında göstərir.

Alim temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daxil olması ilə izah edib: " Ümumiyyətlə, bu il bir qədər isti və quraq keçir. Bunun səbəbi cənub hava kütlələrinin daha çox təkrarlanması ilə bağlıdır".

M.Həsənov əlavə edib ki, ümumilikdə oktyabrın birinci ongülüyündə müşahidə edilən havanı payız fəsli üçün çox xarakterik saymaq olmaz. Onun sözlərinə görə, bir neçə gün əvvəl ölkədə havanın temperaturu indikindən daha yüksək idi. Həmin vaxt havanın orta sutkalıq temperaturu iqlim normasından 2 dərəcə yüksək olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.