Cəmiyyət

Yol polisi: "Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb" - FOTO

13 Oktyabr 2019 18:52
1 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə təmir işləri davam etdirilir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb: "Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd olunan ərazidə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparırlar".

Şöbə rəisi onu da bildirib ki, təmir işləri daha bir neçə gün davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.