Cəmiyyət

Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatdı

12 Oktyabr 2019 22:52
0 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan məlumatına görə, ölkə ərazisində qeyri- sabit, güclü küləkli hava şəraiti davam edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına görə dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaldan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Oktyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.