Cəmiyyət

Avropanın ikinci böyük aviaşirkəti Bakını ayın şəhəri seçdi

7 Oktyabr 2019 13:19
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın aparıcı, Avropanın isə ikinci böyük aviaşirkəti olan "Lufthansa" Bakını ayın şəhəri elan edib.

Dövlət Turizm Agentliyindən Milli.Az-a verilən məlumata görə, aviaşirkət Azərbaycanı "Odlar yurdu", Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.

Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.

Aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə
memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib.

Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa" öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.

Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan "Lufthansa" hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir. Bu yolla həmin şəhərlərin turizm potensialını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.