Uşaqları küçələrdə kim diləndirir? - Onlar kənardan izlənilir - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küçələrə ev, pul, gəlir mənbəyi kimi baxan dilənçilərin böyük əksəriyyəti uşaq əməyindən sui istifadə edirlər. Cəmiyyətin həssas məqamı olan bu uşaqların belə pis vərdişə öyrədilməsi, gələcəkdə potensial cinayətkarın yetişməsinə də şərait yaradır.
Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Bu eybəcər səhnə bizim millətə yaraşmır. Maşınların qarşısını kəsirlər, təhlükəli anlar yaradırlar. Belə olan təqdirdə uşaq oğurluqlarına imkan da yaranır".
Qaraçı və dilənçilər tərəfindən törədilən onlarla adam və mənzil oğurluqları faktları olsa da, cəmiyyətdə onlara qarşı münasibət də birmənalı deyil.
Ramin Verdiyev - Sakin: "Belə hallar hər yerdə var, Nyu-Yorkdan tutmuş bir çox inkişaf etmiş ölkələrə, şəhərlərə qədər. Buna pis baxılmamalıdır".
Mehparə Süleymanova - Sakin: "Onlara qapını açmıram, küçədə görəndə pul da vermirəm".
Dilənçiliyə cəlb edilən o uşaqlar, daha çox əhalinin sıx olduğu yerlərə toplaşır və kənardan müəyyən şəxslər tərəfindən izlənilirlər. Belə olan halda onların hanşı şəraitdə əraziyə gəlməsi, onların fikizi əməyindən neçə istifadə olunması sual doğurur.
Məsələ hüquq mühafizə orqanlarının da diqqətindədir. Son vaxtlar küçədə diləndirilən onlarla uşaq müəyyən edilib. Onları bu işlərə vadar edən şəxslərin yaşadığı ərazilərə reydlər təşkil edilib. Polis ictimai qınaq doğuracaq belə halların baş verməməsi üçün onların da diqqətli olmağını vacib sayır.
Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Hər küçəyə bir polis qoyulmalıdır?! Bu cəmiyyətimiz üçün o qədər də faydalı bir hal deyil. Biz çalışırıq ki, vətəndaş özü də ictimai təhlükəsizliyin, qaydaların qorunmasında maraqlı olsun".
Küçələrdə dilənçilik edən uşaqların əksəriyyəti qaraçı övladları olsalar da, bölgələrdən paytaxta qaçıb gələn azyaşlılar da kifayət qədərdir. Valideyn-övlad münasibətlərinin qaydasında olmaması səbəbindən evdən qaçan bu yeniyetmələr həm də təhsildən kənar qalırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
XƏBƏR LENTİ
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb





