Cəmiyyət

Vurğun Əyyubun həkimi DANIŞDI: "Həyata qayıtma şansı Allahın əlindədir"

23 Sentyabr 2019 14:34
0 Şərh     Baxış: 3 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir.

Milli.Az xəbər verir ki, bu barədə sherg.az-a V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib. 

Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir: 

"Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər". 

A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır.  İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.