Cəmiyyət

Sürücülərin nəzərinə: bu təkərlərlə radara düşə bilərsiniz

23 Sentyabr 2019 15:28
1 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin təkərlərinin ölçüləri zavod tövsiyəsindən fərqli olduqda faktiki sürət də idarəetmə panelində göstərilən sürətdən fərqli olur.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, nəticədə yol üçün müəyyən edilmiş həddə yaxın sürətlə hərəkət edən sürücü özü də bilmədən radara düşə bilər.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, ABS sistemi ilə təchiz edilən avtomobillərdə təkərlər ancaq zavod tövsiyəsinə uyğun olmalıdır. Əks halda idarəetmə panelində olan sürət sürücünü aldada bilər.

Sürücülərin bir çoxu bundan xəbərsizdir. Ona görə də məhz bu səbəbdən cərimələnənlər də var.

Avtomobil ustaları onu da deyirlər ki, təkərlər arasında olan bir millimetrlik fərq də sürətə təsir edə bilir. Bununla yanaşı, zavod tövsiyəsindən fərqli təkərlər digər detalların sıradan çıxmasına da səbəb olur.

Həmçinin təkərlərin fərqli ölçüdə olması benzin sərfiyyatının 8-10 faiz artmasına səbəb olur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.