Cəmiyyət

Bir yaşlı uşaq su vedrəsinə düşdü, vəziyyəti ağırdır - Azərbaycanda

22 Sentyabr 2019 22:30
0 Şərh     Baxış: 2 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə bir yaşlı körpə su vedrəsinə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sucma kəndində baş verib. Belə ki 2018-ci il təvəllüdlü Əhmədova Nuranə Nofəl qızı oynayarkən ehtiyatsızlıqdan icərisində su dolu vedrəyə başı aşağı düşüb. Uşaqda boğulma əlamətləri olub. Onu yaxınları Rayon Mərkəzi xəstəxanasına çatdırıblar.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.