Cəmiyyət

Qəfil ölümü ilə yadda qalan azərbaycanlı tanınmışlar - FOTO

22 Sentyabr 2019 21:00
35 Şərh     Baxış: 20 678

Ölümə bəzilərimiz adi, bəzilərimiz isə qorxulu hadisə kimi yanaşsaq da, bəzən taleyin qismətindən qaçmaq olmur. Kimi üçün erkən, kimi üçün isə gözlənilməz olan bu hadisə geridə qalanların ürəyində dərin izlər buraxır. Necə ki, bəzən tanınmış birinin qəfil ölümünü qəbul etməkdə çətinlik çəkirik. 

Milli.Az qafqazinfo-ya istinadən qəfil ölümü ilə hər kəsi şoka salan məşhurları təqdim edir: 

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzasına düşüb. Rayondan toydan qayıdan ifaçının yanında anası, qardaşı və sürücü olub. Müğənninin qardaşı yaralı halda xilas edilsə də, anası və özü faciəvi şəkildə dünyasını dəyişib. 

 

Ölümünə insanları inandıra bilməyən məşhurlardan biri də reper Hüseyn Dərya olub. 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan Dəryanın həyatını xilas etmək mümkün olmayıb. Reperin ölmədiyini, qalmaqallardan bezdiyi üçün gizləndiyini və qəza xəbərini yaydığını iddia edənlər də oldu. 

"Çal-çağır" verilişində "Böyükxanım" obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib. 

Müğənni Samirə Bayramova 2014-cü il sentyabrın 26-da yol qəzasında ölüb. Qəzada ölərkən Samirənin bətnində körpəsi də olub. 

"Yeni Ulduz-2" yarışmasından tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzasına düşüb. Rəcəb xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni ulduz" müsabiqəsinin daha bir iştirakçısı, "Əziz müəllimim" mahnısı ilə tanınan Leyla da yol qəzasında dünyasını dəyişib. Leyla ölərkən 2 aylıq hamilə olub. 

Xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də qəfil ölümü ilə hər kəsi şoka salmışdı. Sənətçinin ölümünə inanmayanlar o qədər çox idi ki, xəbəri şayiə adlandıranlar da az deyildi. Ancaq müğənni ürək tromblaşmasından vəfat etmişdi. Müğənni 73 yaşında dünyasını dəyişib. 

Reper Anar Nağılbaz da qəfil ölümü ilə hər kəsin çaşqınlığına səbəb olmuşdu. Ötən il avqustun 4-də ölümü haqda sosial şəbəkələrdə məlumat yayılan müğənninin ölümü daha sonra təsdiqini tapmışdı. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib. Onun ölümündən qabaq ailə problemləri səbəbindən güclü stress keçirdiyi bildirilirdi. 

Klarnet ustası Sabirabadlı Zahid 2018-ci il dekabrda qəflətən dünyasını dəyişib.Onun anidən ürəyi partlayıb. 

2017-ci ilin noyabrında tanınmış jurnalist Natiq Qədimov ürəktutmasından süfrə başında vəfat edib. O, 41 yaşında infarktdan dünyasını dəyişib.

Müğənni Rüfət Mehdiyev 2011-ci ildə insultdan qəfil dünyasını dəyişib. 

Şən və Hazırcavablar Klubunun üzvü, millət vəkili Anar Məmmədxanov da illər öncə qəfil ölümü ilə hər kəsi kədərə boğmuşdu. Məmmədxanov 2011-ci ildə aprelin 23-də ürəktutmasından vəfat edib. 

Meyxana ustası Bayram Kürdəxanlı 2017-ci il avqustun 22-də gecə yol keçərkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Tanınmış ginekoloq Səbinə Mirzəyeva da ölümü ilə tibb dünyası ilə yanaşı, pasiyentlərinin də üzüntüsünə səbəb olmuşdu. Çoxları onun ölümü ilə barışmır, şayiə ola biləcəyi ehtimalını irəli sürürdü. 2 oğul anası olan  Mirzəyeva  2018-ci il aprelin 3-də beyninə qan sızması nəticəsində vəfat edib. 

Milli.Az

loading...

Şərh yaz:

35 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Sentyabr 21:09273

    Allah hamisina rehmet elesin.. Cox pis olmusdum Ginekoloq Sebine xanimin ölümüne, birde Yeni ulduzdaki Recebin ölümü..

    Cavab yaz
  • Anonim
    KMV · 22 Sentyabr 21:291310

    Amaliya Penahova yadinizdan cixib,taninmayanlari tapib yazmisiz amma 4,5 nefer

    Cavab yaz
    • Anonim
      3le bele · 22 Sentyabr 21:44162

      Deyir qefil ölumu. Demeli Amaliya qefil ölmub ;)

      Cavab yaz
    • Anonim
      tofik- pofik · 22 Sentyabr 23:5829

      bəlkə kiminləsə sehv salirsan. Amaliya ölmuyub axi.

      Cavab yaz
  • Anonim
    Maqa · 22 Sentyabr 21:38171

    Allah hamisina rehmet elesin amin

    Cavab yaz
  • Anonim
    3le bele · 22 Sentyabr 21:43125

    Allah rehmet elesin.. Bu qeder ölenlerin arasinda oz eceliynen ölen 3. 4 nefer olub deyesen.. hamisi avtomobil qezasi... Demeli nediiiiii?? Mugenni ve yaxud da taninmiw olanda avtomobili suretli surmey lazim deyil. Hami nece sende ele.. neolub oturursan qaz pedalinin ustunde. Ele bil mawin yox samalyot sururler.

    Cavab yaz
    • Anonim
      Oxucu · 23 Sentyabr 14:5342

      Necə yəni öz əcəli ilə cəmi 3-4-ü ölüb, qalanları sifarişlə ölüb? )))) Yol qəzası əcəl deyil? İnsan nə səbəbdən ölür fərqi yoxdur, hamısı əcəldir, ömrü, yazısı ora qədərdir.

      Cavab yaz
  • Anonim
    Samire · 22 Sentyabr 21:44121

    Allah bütün dünyasını deyişenlere rehmet elesin. Bizim ailemize en pis tesir eden, Hüseyin Deryanın ölümü oldu. Çox pis olduq onun ölmüne. Rehmete getmemişden evvel, Hüseyin bele bir söz demişdi televizorda. Pis verdişlerimi tergitmişem, artıq özümü xoşbext hiss edirem. Artıq onlar haqq dünyasındadılar. Allah o biri dünyalarını rahat elesin.

    Cavab yaz
  • Anonim
    Fl · 22 Sentyabr 21:48130

    Yeni ulduz iştirakcısı Leylanın ölüm xəbərini burda oxudum.O necənci ildə dünyasını dəyişib?

    Cavab yaz
  • Anonim
    NUR · 22 Sentyabr 21:55102

    Bir o yadımdadır ki Hüsüyin Derya rehmete gedende çox ağlamışdım :((( aniden qardaşım otağa girdi ki honkür hönkür ağlayıram .Səbəbini biləndə dedi ki bu nədir (irag olsun )mənə nəsə olsa belə şüyən qoparmazsan :(

    Cavab yaz
  • Anonim
    mehdi · 22 Sentyabr 22:2891

    allah rehmet elesin qebirleri nurla dolsun

    Cavab yaz
  • Anonim
    Reşid-32 · 22 Sentyabr 22:32131

    Allah hamısına rehmet elesin, qefl ya uzun suren xestelik her ikisi eceldi de.

    Cavab yaz
    • Anonim
      Mahir · 22 Sentyabr 23:1526

      Onlar adlari ile tarix yazdilar. Hemise qelbimizde olacaqlar. Esil senetkar idiler. Allah onlara rehmet elesin. Yerleri cennet olsun. Mene maraqlidir neye gore yaxsi insanlar dunyadan tez gedir, pisler ise qalir? Bilen varsa yazsin zehmet olmasa. Men inanmiram ki, kimse bunlarin yerini doldura bilsin.

      Cavab yaz
      • Anonim
        Tc yasemin · 24 Sentyabr 21:2910

        Iyi insanlari rabbim yanina erken aliyo gunah islmeden ama kotuler zaten kotu oteki tarafda gunahlariyla atesde daha fazla yansin diye birakyor

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Sentyabr 22:53156

    Rehmetlik İlhamenin ölümü lappp qefil oldu hami ele bilirdi ölmez Koşşey kimi hec vaxt ölmeyecek özü de ölümünden 1 gün qabaq dedi ki, hele 40 il var.seheri rehmete getdi Mende inanmisdim ki, hele 40 il var O ölmeseydi men Milli Azin saytina hec vaxt girmezdim ilk serhim İlhame xanima rehmet dilediyim serhle bu sayta girmisem.

    Cavab yaz
    • Anonim
      Memmedli · 23 Sentyabr 08:5273

      Allah güldürsün sizi ölmez kaşşey;)

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 Sentyabr 09:3651

        Cox saq olun Allah sizi de her zeman sevindirsin güldürsünn

        Cavab yaz
        • Anonim
          Memmedli · 23 Sentyabr 13:3320

          Çox sağolun.

          Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN · 22 Sentyabr 23:0410

    Allah rehmet elesin! Allah bu dunyada hamiya WEREFLI yawamagi qismat elesin! Arxadan iw ceviren sozum senedi. Aglini bawina yig. Yoxsa daha pis olar

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 22 Sentyabr 23:1220

    Allah bu dūnyadan köçenlerin hamısına rehmet etsin , mene en çox Sebine xanımın ölūmū tesir edir helede onun haqda olan verlişe baxıb ağlayıram.

    Cavab yaz
  • Anonim
    ☆☆..SeadeT..☆☆ · 22 Sentyabr 23:5150

    ALLAH Hamınıza Rehmet Elesin

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 22 Sentyabr 23:5930

    Allah hamisina Rehmet elesin

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Sentyabr 00:3061

    Sebine xanim sizin sayenizde nece nece gozu yasli qadin xosbext olub. Heyf sizden cox heyf.Islediyiniz Baku Medical Plaza nece de bos gorunur mene.

    Cavab yaz
  • Anonim
    Leyla. · 23 Sentyabr 00:4040

    Allah hsmisina rehmet etsin

    Cavab yaz
  • Anonim
    sr · 23 Sentyabr 09:0550

    Kamran Israfilov da qəfil dünyasını dəyişib. Allah dünyasını dəyişənlərin hamısına rəhmət eləsin. AMİN!

    Cavab yaz
  • Anonim
    Reşis-32 · 23 Sentyabr 11:2730

    her kese salam Esra xanım, yerlim ve virtual dostum necesiz? mence neyise sehf salırsız, ola biler ilk şerhiniz Ilhame xanımla baglı olsun amma 99%ölumü ile baglı yox) niyesini deyim dee.. deqiq bilirem ki menim bura girdiyim artıq 3 ili keçib ve men bura girende artıq siz en aktiv şerhçi kimi tanınırdız) buda hesabla biraz evvellere gedib çıxır. sadece yadınıza salmaq ıstedım ki sizin burdakı fealiyyet stajınız daha çoxdu).

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 23 Sentyabr 11:5760

      Salam yerlim cox saq olun var olun yaxsiyam siz necesiniz ? Hecc neyi sehv salmiram. 3 il 7 aydi men bura serh yaziram ve 1 ci serhim İlhame xanima rehmet serhimdi yeqin eyni vaxtlarda serh yazmisik..Adama coxx gelirr ele bilirem illerdi burdayam onda hec saytin dilin de düz emelli bilmirdim hetta hemen günü bir 20 nefer qohum eqrebamin da adindan serh yazmisdimmm :))

      Cavab yaz
  • Anonim
    Reşid-32 · 23 Sentyabr 12:5211

    ahaa..) demey ele işinizde varmış?)) hele saytın dilini düzemelli bilmirniş buu)) he yerli eyer deqiq bilirsizse onda ele siz deyendi, demek siz menden cemi bir bir neçe ay evvel burdasızmış. o qısa vaxtda obyda uğur?)) k state bakısan maskva istıqametinde, yoldan sizi salamlayıram.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 23 Sentyabr 12:5830

      Deqiq bilirem yaddaşım dehşet güclüdü ve hemen sehiveni arxivde saxlayiram ) Sizeee uqur arzulayiram bu yolll uqurlara aparsin.. bele basa dusdum Moskvaya gedirsiniz heeee??

      Cavab yaz
  • Anonim
    Pozıtıv olun · 23 Sentyabr 16:5100

    Aydın Xırdalanlı qefıl olmasa da genc ıken deyısdı dunyasını

    Cavab yaz
  • Anonim
    Reşid-32 · 23 Sentyabr 19:0330

    çox sagolun Esra xanım he uje çatırıq 2-3 saata) maşınla gedirik.

    Cavab yaz
  • Anonim
    Mail · 24 Sentyabr 00:0600

    Aliyev

    Cavab yaz
  • Anonim
    Dünyam · 24 Sentyabr 14:0100

    Allah hamisina rəhmət eləsin yerləri cənnət olsun. Yaşamax nəqədər çətin olsada o qədərdə şirindi Allah hamimiza can saliği versin. Amin

    Cavab yaz
  • Anonim
    İnci və Bəxtiyar · 24 Sentyabr 15:2200

    Salam Bunu kim dərk etmir ki.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.