Cəmiyyət

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verildi

22 Sentyabr 2019 14:15
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saat 8 dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Bildirilir ki, hazırda dənizdə küləyin sürəti 15 - 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 - 12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5 - 2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.