Cəmiyyət

Güclü külək toz dumanı yaratdı

21 Sentyabr 2019 20:26
0 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 18:00-a olan məlumatına görə, şimal-qərb küləyinin sürəti arabir Bakıda, Maştağada 38, Neftçalada 36, Sumqayıtda 34, Naftalanda 32, Qum adasında 30 metr/ saniyəyə çatıb.

Külək Ələtdə 28, Pirallahıda 27, Salyanda, Bayıl yamacında, Balakəndə 25, Neft Daşlarında 24, Ağstafada, Çilovda, Tərtərdə 22, Zabratda 21, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 metr/saniyəyədək güclənib. Neft Daşları Hidrometeorologiya Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Quba, Qusar, Yardımlıda yağış yağıb.

Güclü külək bəzi şəhərətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.