Cəmiyyət

“Profilim oğurlanmayıb” - Selcan atasını təkzib etdi - VİDEO

19 Sentyabr 2019 19:07
10 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, buna səbəb kimi, atası tərəfindən özünə və anasına qarşı edilən şiddəti göstərib.

Qızının bəynatından sonra F. Qəhrəmanlı açıqlama verərək Selcanın profilinin oğurlandığını bildirib. Lakin hazırda Niderlandda təhsil alan Selcan atasının bu açıqlamasını təkzib edib.

O, Feysbuk-da canlı yayım açaraq profilinin oğurlanmadığını, yazdıqlarının həqiqət olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.