Cəmiyyət

İlk dərs günü Quba polisi təhlükəsizliyi tam təmin edib - FOTO

16 Sentyabr 2019 23:44
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni dərs ilinin başlanması və təhsil müəssisələrində təhlükəsizliyin tam təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən kütləvi tədbirlər tədbirlər zamanı RPŞ-nin əməkdaşları rayon ərazisində ictimai təhlükəsizliyin təmin olunmasında üzərlərinə düşən tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla vəzifələrin öhdəsindən layiqincə gəliblər.

İlk dərs günü küçə və prospektlərə nəqliyyat axınının sıx olduğunu nəzərə alan polis əməkdaşları, təhsil ocaqlarının yerləşdiyi əraziləri nəzarətə götürərək mühafizəsini tam təmin ediblər. Bundan əlavə, piyada keçidlərində baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısını alınması istiqamətində şöbə əməkdaşları tərəfindən qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilib, məktəblərin qarşısında yarana biləcək süni tıxacların qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülüb.

Xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.