Cəmiyyət

Biləsuvarda ağır xəsarət alan uşaq Bakıya gətirilib

14 Sentyabr 2019 23:46
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar şəhərində bədbəxt hadisə baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Xankişizadə Mahir Nağı oğlu yolu keçərkən onu avtomobil vurub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  yaralı əvvəlcə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Lakin 12 yaşlı yeniyetmənin vəziyyəti ağırlaşdıqdan sonra Bakıya, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Uşağa kəllə-beyin və bədənin müştərək travması diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.