Cəmiyyət

Ağsu polisi aztəminatlı ailələri sevindirib - FOTO

14 Sentyabr 2019 20:19
1 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkib, onların bu il məktəbə gedəcək övladlarını sevindirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Milli.Az-a bildiriblər ki, yeni dərs ilinin başlaması ilə əlaqədar lazımi məktəbli ləvazimatları uşaqlara hədiyyə edilib. Polis əməkdaşları uşaqlara yeni tədris ilində uğurlar arzulayıblar. Ağsu Rayon Polis Şöbəsinin belə bir xeyirxah əməli, həmçinin övladlarının sevincinə şərik olan valideynləri də sevindirib.

Valideynlər göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin və Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.