Cəmiyyət

Diş çəkdirməzdən öncə neyləmək lazımdır? - Həkim məsləhəti - VİDEO - FOTO

14 Sentyabr 2019 14:34
0 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diş çəkdirməzdən öncə müayinə aparılmayıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda, eləcə də bölgələrdə özəl stomatoloq kabinetləri, diş klinikaları günü-gündən artmaqdadır. Belə demək mümkünsə, müştəri cəhətdən də korluq çəkdiklərini qətiyyən demək olmaz. Bəlkə də elə pasientlərin çoxluğundandır ki, bəzi stomatoloqlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxardırlar.

Sakin: "Bir dəfə bir klinikada olanda ürək döyüntülərim çox artıb. Diş çəkdirməzdən öncə müayinə aparılmayıb, heç "prob" da qoyulmamışdı".

Sakin: "Sadəcə olaraq, iynə vurulub və dişimi çəkiblər, əlavə heç nə olmayıb".

Sakin: "Keyləşdirici vurmuşdular, özümü pis hiss etdim, əhvalım pisləşdi. Həkimlər müdaxilə etdi, dərman verdilər, özümə gəldim".

Mütəxəssislər deyirlər ki, pasientlərin əksəriyyət diş çəkilməsini, müalicəsini sadə prosedur hesab edir. Bu isə bəzən xoşagəlməz hallara səbəb olur.

Cavidan Zeynalov - Həkim-stomatoloq: "Düzgün yanaşmırlar. Xalqımız fikirləşir ki, əşşi dişdir də, getdim həkimə iynə vurdu, çəkdi qutardı. Amma dişin çəkilməsi çox böyük bir əməliyyatdır. Gepertanik, ürək-damar xəstəliyi olan pasiyentlərə yanaşma daha diqqətli olmalıdır. Həkim mütləq bilməlidir ki, bu xəstədə filan göstəricilər var, bu göstəricilərə görə biz bu manipulasiyanı edə bilərik, yoxsa yox".

Həkim deyir ki, bütün lazımı tədbirlər görülsə belə, bəzi hallarda keyidici iynələr orqanizmdə şok yarada bilir. Ona görə də hər bir stomatoloji kabinetdə lazımi şərait olmalıdır. Yəni, halı pisləşən pasienti özünə gətirmək, ölüm hadisəsinin qarşısını almaq üçün avadanlıqlardan tutmuş tibbi personala kimi hər kəs hazır olmalıdır.

Vaqif  Nəbiyev - Anestezioloq: "Birinci elə klinikalara müraciət etməlisiniz ki, orda anestezioloq, reanimatoloq otursun. Bundan başqa, hər bir klinikada defebrlyator, oksigen olmalıdır. Biz min nəfərdən mininə də bu qayğını göstərsək, ölüm də olmaz".

Qeyd edək ki, dünən diş çəkdirərkən vəfat edən 41 yaşlı Arif Məlikovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Onu şok vəziyyətinə salan səbəbin nə olduğu hələ açıqlanmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.