Cəmiyyət

Hərbi qulluqçularımız Almaniyada “Saber Junction - 19” təlimində iştirak edəcək - FOTO

10 Sentyabr 2019 13:46
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun hərbi qulluqçuları "Hohenfels" təlim mərkəzində keçiriləcək "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniyaya yola düşüblər.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.