Cəmiyyət

Azərbaycan 6-cı yerdədir - Yol qəzalarına görə - VİDEO - FOTO

9 Sentyabr 2019 14:43
2 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin 6 ayı ərazində Azərbaycan yollarında baş verən 842 yol qəzasında 322 nəfər həlak olub. Bu göstəriciyə görə, Azərbaycan Avropa ölkələri arasında 6-ci yerdədi. Bu da o deməkdir ki, ölüm faktları kifayət qədər yüksəkdir.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Qəzaların sayının, xüsusən də ölüm faktlarının azaldılması üçün kompleks tədbirlər planına ehtiyac var. Bu planda yol hərəkətinin təşkilindəki bütün nöqsanlar araşdırılmalıdır. Nişanlanlama, sürücü peşəkarlığı, yol inşası zamanı planlamaların və işlərin təşkili ilə yanaşı marifləndirmə də əsas meyar kimi qəbul edilməlidir.

Vaqif Əsədov - BŞBDYPİ-nin bölmə rəisi: "Hadisələri təhlil etdikdə, sürücü səhlənkarlığının və piyada diqqətsizliyinin olması yol qəza hadisələrinin baş verməsinə əsas faktdır".

Elməddin Muradlı - Ekspert: "Yol təssərrüfatını inkişaf etdirmək lazımdı. Bizim yollarımız çox təhlükəlidir. Nişanlar, nişanlanma xətləri normal vəziyyətdə deyil. Biz inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmalıyıq".

Ekspertlər düşünürlər ki, dünyada yol hərəkətinin təhlükəsizliyi ilə bağlı İSO 39001 sertifikatlaşdırılması standartı Azərbaycan yollarında da tətbiq edilməlidir.

Asif İbrahimov - İdarəetmə üzrə mütəxəssis: "Meyarlar ölçüldükcə qadağanedici, xəbərdaredici işarələrin düzgünlüyü, yerində olmalıdır. Həmçinin yolayırıcıların şəhərsalma qaydalarına uyğun olması kimi məsələlər ön plana çıxacaq. Bu kimi məsələlər Rabitə və Nəqliyyat Nazirliyinin və BNA-nın öhdəsinə düşür".

Ekpertlər deyirlər ki, hazırda qəbul olunan və həyata keçirilən 2019-2023-cü illəri əhatə edən dövlət proqramında dünyada vacib sayılan bu standartın tətbiqi mütləqdir.

Milli.Az

784586

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.