Cəmiyyət

Günün qoroskopu: İşdə ciddi uğurlar qazanacaqsınız

14 Sentyabr 2019 00:01
43 Şərh     Baxış: 5 120

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər.

Buğa - Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz.

Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar.   

Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.

Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.  

Qız - Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar.

Tərəzi - Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.

Əqrəb - Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz.

Oxatan - Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə" meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər.

Oğlaq - Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.
Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər.

Dolça - Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər.  

Balıqlar - Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun.

Milli.Az

loading...

Şərh yaz:

43 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:0182

    İstiraehet günleriniz maraqli uqurlu olsun

    Cavab yaz
  • Anonim
    Şükür · 14 Sentyabr 00:0270

    Birinci

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 08:1762

      Yoxxxxx,Ikinci:)))

      Cavab yaz
    • Anonim
      Şükür · 14 Sentyabr 10:2130

      imkan ver,)) Birinci olaq gozel Esra,))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 10:3330

        Canim,heyatda 1-ci ol İnsallah.yeter İmkanlar senindi bu gece 1ci sen olarsan .Gözel insan.))

        Cavab yaz
      • Anonim
        Şükür · 14 Sentyabr 11:0231

        ❤❤❤1

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:0220

    Geceniz xeyre qalsin yuxunuz Məstan olsun

    Cavab yaz
  • Anonim
    nene · 14 Sentyabr 00:0457

    Qoç bürclerine salamlar

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 08:1750

      Salam sabahiniz xeyir olsun !

      Cavab yaz
  • Anonim
    nene · 14 Sentyabr 00:042120

    Gejeniz xeyre övladlarım nenövüz size qurban olsun öpürəm hamivizi

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 08:2080

      Nənəəə cannn,mende seni öpüremmm .

      Cavab yaz
    • Anonim
      nene · 14 Sentyabr 10:121311

      Mende seni opurem nenön qurvan qirmizi verenler yeqin motal pendirleridi onlara bir dene halva bisirecem )))))))))))))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 10:3660

        Canim nənə,Qurabanam sənə..Əllərine saqlik bisirersenn.

        Cavab yaz
      • Anonim
        Neneşkaya · 15 Sentyabr 07:3640

        Çaşbaş vurursan uje ))) halva iyi sənin gulağıvın dibindən gəlir

        Cavab yaz
    • Anonim
      Nene · 14 Sentyabr 10:3966

      likedi nedi onan eden sagol nenön qurban dislikedi nedi sende sagol nenön qurban dislike eden eziyyet cekdin verdin ellerine saliq gelin yaxsi xaş bisirmisem gelün qonag olun

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:1140

    Status-Sevgi hissinizi israf etməyin kim ne qederr sevgiye layiqdise o qeder sevin Ne eksik ne artiğ.Artiğ olsa qudurar, eksik olsa unudar.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:1240

    Status-bezi İnsanlar mecbur deyil qehreman olsunlar ,amma mecburdular insan olsunlar.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:1440

    Status-En boyuk dostumuz cetinliklerdi Cun ki, cetinlikler insani quvvetlendirir.Güclendirir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:1740

    Seir-İsim -peşəm darixmak,Gündüz-gecem qeherdi,Sorus gör sen gedeli, Sevgilinin hali neterdi.:)))))))))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 00:2040

    Heee daha besdiii yuxunuz tort olsun

    Cavab yaz
  • Anonim
    delisov · 14 Sentyabr 00:3258

    herweye ragmen heyat gozeldi ve yawamaga deyer

    Cavab yaz
  • Anonim
    delisov · 14 Sentyabr 00:5048

    eger sevmey isteyirsense bir qadinin duruwunu seveceysen en evvel, heyatda dimdik baxiwini guluwunu seveceksen meselen. kim deyibki qadinin az daniwani az gezeni az yeyeni meqbuldur deye!!! xeyr! her qadin anadir ve ya ana olmaga namizeddir. her qadina bir obyekt kimi baxmayacagsan. evvel bir insan olaraq gorub tanimaga bawlayacagsan. insandirsa insankimi davranacagsan. bir qadina baxdiginda ilk olaraq onun herweyle mubarize apardigini, insanlig ucun vacibliyini gore bilirsense eger bax o vaxt bir qadina sahib olmaga layiq olacagsan !!!!!!

    Cavab yaz
  • Anonim
    delisov · 14 Sentyabr 00:5117

    yazdim

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5691

    Baş barmaq Baş barmaqda olan üzüklər düşünülməyəcək dərəcədə olan emosionallıqdan və enerjidən xəbər verir. Əsəbləşən insanların baş barmaqda üzük daşımaları nəticəsində onlar heç xoşa gəlməyən və ədalətsiz sözlər işlədə bilərlər. Həmçinin insanların müəyyən fikirlərinin dəyişilməsində rol oynaya da bilərlər. Əlbəttə bunlar həmin şəxslər üçün lazımsız və uğursuz nəticələnəcəkdir, hətta insanları evlilik qərarlarından belə yayındıra bilərlər. Xatrıladaq ki, belə insanlar öz çatışmamazlıqlarını başa düşürlər və bunları idarə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq baş barmağında üzük gəzdirən insanlardan qorxmayın, çünki onlar dava - dalaş axtarmırlar, əksinə ətraflarındakı insanlarla eyni dildə danışıb, harmoniya qurmaq üçün çalışırlar.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5791

    Şəhadət barmağı Bu barmaqda üzük gəzdirmək utancaqlıq, ciddilik və qərar verməkdə çətinlik çəkən şəxslərə aid edilir. Belə insanlar çox vaxtı cəmiyyətlə əlaqə yaratmaqda çətinlik çəkirlər. Lakin bu barmaqda üzük gəzdirən şəxsləri üzüyün gücü düzgün qərar verməyə kömək edir və lider olmağa istiqamətləndirir.Əgər siz görüşə gedərkən qarşınızdakı şəxsin şəhadət barmağında üzük görsəniz, əmin olun ki, onun çox ciddi fikirləri vardır.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5791

    Orta barmaq Qayda kimi orta barmaqda üzük daşıyanlar daha çox nəsillərinə aid edilən nümunələri üzərlərində gəzdirirlər. Xüsusən belə üzüklər ailələrin tarixləri ilə də bağlı olur. Orta barmaqda olan üzüklər rahatlaşmağa kömək edir. Əgər orta barmağında üzük daşıyan şəxslərə rast gəlirsinizsə deməli həmin şəxs olduqca güclü enerjiyə malikdir və hissiyat baxımında da yaxşıdır. Belə insanlarla məhəbbət mənasında görüşə gedirsinizsə taleyinizlə barışın və həyatın sizə verdiklərini qismətiniz kimi qəbul edib, razılaşın.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5791

    Nişan barmağı Nişan barmağında nişan üzüyündən başqa digər üzüklərin hamısı sevgidən, gözəllikdən, təntənədən və incəlikdən bəhs edir. Əgər sizin yanınızdakı şəxs həmin barmağöından üzüyünü heç vaxt çıxarmırsa, deməlıi həmin şəxs əyləncə və xüsusi hisslər axtarır. Həmçinin həmin üzük sahibi haqqında romantik olmasını bildirir.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 08:4740

      Yalniz bu barmaqa taxiram üzüyü basqa hec birine ne üzük olur olsun bu barmaqa taxiram Bas barmaqa hec vaxt uzuk taxmaram

      Cavab yaz
      • Anonim
        Ulya · 14 Sentyabr 09:3323

        Əvvəllər mənim olmazsa olmazım idi baş barmaqdakı üzük. Sonradan "böyüdüm" )))) və daha xoşuma gəlmədi taxmaq, diskomfort hissi yaşadır indi mənə baş barmaqdakı üzük))) mən ya orta barmağa, ya da nişan barmağına taxıram üzüyü. Şəhadət barmaqda da narahat oluram üzek olanda. Çeçələ barmaqdan söhbət belə gedə bilməz )))

        Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5892

    Çeçələ barmağı Bu barmağa üzük taxanların dəyişik fikirli olmasından xəbər verir. Hətta eqoizm və yüngül ağıllılığı da bura aid etmək olar. Bu barmaqda üzük daşımaq eyni zamanda azart oyunlarına olan həvəsin də göstəricisidir. Bununla yanaşı aldatmağı sevənlərin xüsusi göstəricisi sayılır. Belə insanlardan yaxşı heç nə gözləmək lazım deyil. Əlbəttə istisnalar da ola bilər, deməli bu səbəblərə görə həmin dəqiqə tanışınızla olan münasibətlərini pozmayın. Yəni həmin şəxslərə sadəcə daha çox diqqət yetirib, fikir verin. İki və daha artıq üzük daşıyan şəxslərin də xasiyyətini bilmək o qədər də çətin deyil. Barmaqlarda olan üzüklərin sayı artdıqca insanları tanımaq bir o qədər çətinləşir. Bu zaman siz əmin olun ki, bu şəxs olduqca maraqlıdır və özünəməxsus daxili aləmə malikdir. Ola bilər ki, özünə çox da əmin olmasın.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 00:5992

    Qoç bürcü saç rəngi: Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər. Buna görə qırmızı rəngi və tonları bu bürc qadınlarına çox yaraşacaq. Buğa bürcü saç rəngi: Buğa bürcü qadınları eşq həyatlarında sürprizlərə hazırdır. Dəyişikliyi və yenilikləri sevərlər. Diqqət çəkici bir rəng olan sarı və tonları bu bürcün seçimidir. Əkizlər bürcü saç rəngi: Əkizlər qadını hərəkətli və sosialdır. Ani dəyişikliklər onun üçün normaldır. Bu dəyişən ruh hallarıyla ağıllarına gələn bir rəngi dərhal saçlarına tətbiq edə bilərlər.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 01:0092

    Xərçəng bürcü saç rəngi: Hissləri yüksək və həddindən artıq romantik olan bu qadın daha soft rəngləri sevər. Xərçəng qadınlarının saç rəngi bal köpüyü, açıq qəhvə və tonlarıdır. Şir bürcü saç rəngi: Hər zaman lider olmağı yaxşı bacaran bu qadın işini çox sevir. İş həyatındakı monotonluq onu bir az qaraqabaq edə bilər. Quruluşu gərəyi ehtiraslı bir qadın olan şir bürcünün rəngi fındıq qabığı və açıq qumral. Qız bürcü saçların rəngi: Detalçı qız qadınının müvəffəqiyyətsizliyə və duyğusallığa dözümü yoxdur. Səhv qəbul etməyən bu qadının rəngi platin tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 01:0092

    Tərəzi bürcü saç rəngi: Bu qadın zövqlü, nəzakətli və qəşəngdir. Diplomatiktir və ünsiyyətdə olduqca müvəffəqiyyətlidir. Ətrafında olduqca diqqət çəkir. Ancaq özü şişirtməni sevmədiyi üçün onun rəngi qumral tonlarıdır. Əqrəb bürcü saç rəngi: Sirr və ehtiras dəyincə ağla ilk gələn bürcdür Əqrəb! Bu qadınlar nə istədiklərini yaxşı bilirlər. Ancaq qısqanclıqları həddindən artığa qaçsa işlər tərsinə dönə bilər. Onlar diqqət çəkməyi sevdikləri üçün qara və qırmızı onların rəngləridir. Oxatan bürcü saç rəngi: Nəzarəti əlinə almağı sevən bu qadın verdiyi qərarların arxasındadır hər zaman. Fürsətləri dəyərləndirə bilir və yeniliklərə açıqdır. Xaricə dönük, macəranı sevən bu qadının rəngi tünd qumral.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 01:0192

    Oğlaq bürcü saç rəngi: Məntiqi ilə hərəkət etməyən bu qadın eşq həyatında çox düşünmədən hər şeyə bəli deyər. Romantizm və ehtiras onun üçün hər şeydir. Kişisinin ürəyini fəth etməyi sevən bu qadına qəhvə tonları uyğundur. Dolça bürcü saç rəngi: Qeyri-adi zövqlərə sahib olan və üsyankar bir qadındır. Azadlığı hər şeyin üstündədir.Eşq cəhətdən çox şanslı olan bu bürcün qadınlarına tünd və parlaq qırmızı idealdır. Balıq bürcü saç rəngi: Romantika və hissləri qüvvətli olan bu qadın mübarizəni sevər. Çətinliklərin öhdəsindən gəlməyi bacarır. Sənətə düşgün olan balıqların ideal rəngi torpaq tonlarıdır.

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 01:02102

    Baxmayaraq ki, bürcemdə platin tonlardır, hal-hazırda üç rəngin qarışığıdır məndə))) sağ hissə qırmızı, arxa alt hissə (yığanda görünür) mis rəngi, qalanları da öz saçım, tünd qəhvəyi)))

    Cavab yaz
  • Anonim
    Ulya · 14 Sentyabr 01:06102

    Kef üstündə kefimizi Gəldi, sordu meşəbəyi. -Buyur!- dedik, atdan enib, Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola, Çantasını çəkdi dala. Şirin-şirin, bala-bala Bizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir. Doymaq olmur,yenə gətir. Bığlarını arada bir Eşib burdu meşəbəyi. Altmışını verib yelə, Düşməyibdir ruhdan hələ. Qarşıdakı bir gözələ Göz də vurdu meşəbəyi. Yatdı biri -keflənərək, Birini də yıxdı külək. Hüseynlə axıradək Möhkəm durdu meşəbəyi.)))) Neçə gündü Hüseyn Arifdən paylaşım etmək istəyirəm, amma təmbəlliyim tutmuşdu. İndi bilmirəm hardan "Meşəbəyi" mahnısı ağlıma gəldisə, dedim paylaşım sizinlə)))

    Cavab yaz
    • Anonim
      Esraya · 14 Sentyabr 12:2934

      Wukur kimdi ay Esra? delisovda burdadiya unutma

      Cavab yaz
      • Anonim
        12 29 a · 14 Sentyabr 12:4332

        Şükür Zəhradı da nənə də yəqin odu.

        Cavab yaz
        • Anonim
          Zəhra · 14 Sentyabr 14:4910

          12:43 adam düz danışar. Mən indi bu dəqiqə girmişəm sayta. Heç nədən xəbərim yoxdu. Bilmədiyini danışma. Xahiş !!!

          Cavab yaz
      • Anonim
        Şükür · 14 Sentyabr 12:4951

        sənə açot vermeliyik?

        Cavab yaz
        • Anonim
          Wukure · 14 Sentyabr 12:5932

          yox acot verme. ama delisov nakam getdi onuncun pis oldum

          Cavab yaz
        • Anonim
          Şükür · 14 Sentyabr 13:2630

          hee belençiy dedə

          Cavab yaz
          • Anonim
            esraya · 14 Sentyabr 16:0220

            wukurle yaman mehribansizaaaa

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.