Cəmiyyət

Nəsimi polisi 161 sürücünü saxladı - FOTO

28 Avqust 2019 22:44
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, maarifləndirmə çərçivəsində Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis leytenantı Ruslan Vəliyev bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 93 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

"Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 64 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 41 sürücü dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər sürücülərə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 161 avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 23 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.