Cəmiyyət

Sumqayıtda yanan şadlıq evindən çıxarılan bəy və gəlindən YENİ XƏBƏR

25 Avqust 2019 15:18
4 Şərh     Baxış: 15 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Sumqayıt şəhəri Niyazi küçəsində yerləşən "Nur" şadlıq sarayında baş vermiş yanğın nəticəsində yarımçıq qalan toyla bağlı bəzi məamlar aydınlaşıb.

Milli.Az xəbər verir ki, hadisə vaxtı şadlıq evində Pərvin bəy və Mələk xanımın toyu keçirilirmiş. Qız toyunun başlamasından 2 saat sonra şadlıq evinin mətbəxinin şaxtasından başlayaraq güclü alovlanma baş verib.

Yanğın zamanı şadlıq sarayında olan bəy və gəlinlə yanaşı, 300 nəfərə qədər vətəndaş, 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib. Qohumların bildirdiyinə görə, yaxın günlərdə cütlüyün oğlan toyu keçiriləcək. Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.