Cəmiyyət

Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

19 Avqust 2019 20:30
0 Şərh     Baxış: 533

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4453,7 milyon manat təşkil edib ki, onun da 2230,4 milyon manatı heyvandarlıq, 2223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,5% artıb.

Bununla yanaşı, cari il iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1717,1 min hektar olmuş və əvvəlki illə müqayisədə 20,9 min hektar və yaxud 1,2% azalıb. Bu azalma kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə 0,3%, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 1,3% olub.

Ölkə üzrə əkin sahəsinin 1072,5 min hektarını və yaxud 62,4%-ni dənlilərin və dənli paxlalı bitkilərin, 130,2 min hektarını (7,6%) texniki bitkilərin, 147,6 min hektarını (8,6%) kartof, tərəvəz və bostan bitkilərinin, 366,8 min hektarını (21,4%) yemlik bitkilərin əkin sahələri təşkil edib.

Heyvandarlığa gəlincə isə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3% artaraq 289,3 min ton, süd istehsalı 1,7 faiz artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9% artaraq 1093,4 milyon ədəd və yun istehsalı 1,5% artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

2019-cu ilin yanvar-iyun aylarında 81,2 min baş inək, camış və düyələr elit türədicilərin toxumları ilə mayalandırılmış və 52,3 min baş bala alınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.